Tibdə VACİB YENİLİK: ağıllı sarğılar

Tibdə VACİB YENİLİK: ağıllı sarğılar
16:33 17 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada ağıllı sarğılar hazırlanır.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ağıllı sarğılar yaranın nə vaxt sağaldığını müəyyən edib həkimə “xəbər verəcəklər”. Çünki bu sarğıların içində çox kiçik sensorlar yerləşdirilib. Sensorlar yaradakı dəyişikliyi, infeksiyaların mövcud olub-olmamasını və xəstənin fəallıq səviyyəsini öyrənəcək.

Yeni sarğılar Suonsi Universitetinin nəzdindəki Bioloji elmlər institutunda hazırlanır. Yeni 5G texnologiyasının vasitəsilə məlumatlar xəstənin smartfonu ilə həkimə ötürüləcək.

Qeyd edək ki, bu yenilik Cənubi Uelsdə rəqəmsal innovasiyaya ayrılmış 5 milyard funtluq layihə çərçivəsində hazırlanıb. Yaxın bir il ərzində ağıllı sarğılar tətbiq olunmağa başlanacaq.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/195374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR