Poqba öz transferini işfa etdi: "120 milyonluq futbolçu yoxdu"

Poqba öz transferini işfa etdi:   "120 milyonluq futbolçu yoxdu"
16:47 17 Aprel 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"dan "Mançester Yunayted"ə keçidi ümumilikdə 120 milyon avroya başa gələn Paul Poqba ilgin açıqlamalar verib. Fanat.Az xəbər verir ki, fransız ulduz futbolçuların transfer qiymətlərinin şişirdildiyini bildirib.


"Çelsi"nin futbolçusu N`Qolo Kante ilə müqayisə olunmasından narazılıq edən Poqba bunları deyib: "Kante dünya səviyyəsində möhtəşəm oyunçudu. Amma hesaba təsir edən futbolçu deyil. Buna görə bu məsələ ilə bağlı çox danışmaq istəmirəm. Onunla mənim müqayisə olunmağım doğru deyil. Mən Kante ilə müqayisədə daha çox qol vuran və hesaba təsir edən futbolçuyam. Bir çoxları Kantenin də bunu edə biləcəyini deyir. Hamı mənə ödənən transfer haqqını müzakirə edir. Məncə, heçə bir futbolçu 120 milyon avro etməz. Futbolçulara həddən artıq çox transfer haqqı ödənir. Keçmiş illərə baxsaq, Nemar və Qaret Beyl inanılmaz futbolçulardı. Amma hazırkı şərtlər başqadı. Həddən artıq transfer haqqları ödənir. Hazırda 100-120 milyon qiyməti olan futbolçu yoxdu".


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-poqba-oz-transferini-ifa-etdi-t57674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR