İlk sınaq imtahanına yazılış davam edir

İlk sınaq imtahanına yazılış davam edir
16:49 17 Aprel 2017
272 Digər
Ölkə mətbuatı
A- A+

 

 

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək.

 

 Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, sınaq imtahanı keçiriləcək şəhər və rayonlar, imtahan binaları və boş yerlər haqqında  keçiddən tanış ola bilərsiniz:http://eservices.dim.gov.az/sinaq/

Bildirək ki, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

May ayının 27-də keçiriləcək sınaq imtahanına qeydiyyat 23 may saat 10:00-dək aparılacaq.

 

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ  kimi qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272374

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR