"Harada, nə vaxt..." - Elnur

"Harada, nə vaxt..." - Elnur
16:52 17 Aprel 2017
128 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Elnur Məmmədov həmkarı Samir Cavadzəni doğum günü münasibətilə təbrik edib. 

Milli.Az big.az-a istinadən bildirir ki, Elnur yaxın dostu haqqında bu sözləri deyib:

"Əzizim, ürəyi təmiz Samirimiz, doğum günün mübarək. Bu fotonu iki gün olar görmüşəm. Harada, nə vaxt çəkildiyini bilməmişəm. Amma çox bəyəndim. Bilirsən bu şəkilə baxanda nə görürəm?! "Şeron" vaxtı bir-birimizin qayğımıza qalırdıq. Bəlkə də doğma, ata-anadan bir övladlar bizim qədər mehriban deyildi. Necə ki, böyük övlad balacanı hər şeydən qoruyur. Maşallah, indi də münasibətlərimiz çox gözəldir. Nə yaxşı ki, səni, Ülvini, Rüstəmi tanımışam. Var olun, əzizlərim. Bir daha səni səmimi qəlbdən təbrik edirəm. İnşallah, toyunu görmək istəyirəm, əziz qardaşım".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR