Cüdoçularımız Sankt-Peterburqdan 3 medalla qayıdır

Cüdoçularımız Sankt-Peterburqdan 3 medalla qayıdır
17:09 17 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Apasport.az saytının məlumatına görə, mötəbər turnirdə Azərbaycan millisi 3 medal qazanıb.
 
Ölkəmizi beynəlxalq yarışda təmsil edən Natiq Qurbanlı (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Gənc cüdoçularımız Kəramət Hüseynov (60 kq) və Musa Şəkərəliyev (100 kq) isə Avropa kubokunun bürünc medallarına sahib olublar.
 
Qeyd edək ki, beynəlxalq yarışda qitənin 17 ölkəsindən 290 cüdoçu (200 oğlan, 90 qız) mübarizə aparıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR