Yasamalda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olundu

Yasamalda çoxmərtəbəli binada yanğın: 10 nəfər təxliyə olundu
17:24 17 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 5-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü  qismən və 1 ədəd qapı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini  yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR