Millimizin baş məşqçisi La Liqa klubunda - İDDİA

Millimizin baş məşqçisi La Liqa klubunda -   İDDİA
17:27 17 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanan "Valensiya" klubu millimizin baş məşqçisi Robert Prosineçkiyə elçi düşüb. Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Kicker" qəzeti məlumat yayıb.


Qəzet iddia edir ki, La Liqa klubu xorvat müxəssislə gələn mövsümüçün anlaşmaq istəyir. Hətta Prosineçkinin meneceri Yaşar Çalışırın dünən danışıqlar aparmaq üçün Valensiyaya yollandığı iddia olunur.


Futbolçu karyerası ərzində İspaniyada "Real", "Barselona" və "Sevilya"nın formasını geyinmiş Prosineçki hələ də bu ölkədə sevilən simalardan biri hesab olunur.


Qeyd edək ki, "Valensiya" ötən ilin 30 martından baş məşqçi postuna son bir ildə 4 baş məşqçi dəyişib. Hazırd komandaya başçılıq edən Salvador Qonzales ötən ilin 30 dekabrından bu postu tutur. "Valensiya" La Liqanın cari mövsümündə keçirdiyi 32 oyunda 40 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-ba-mqcisi-la-liqa-klubunda-t57676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR