Reynaldo "Qarabağ"ı təbrik etdi

Braziliyalı futbolçu 4 il çıxış etdiyi Reynaldo Silva “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edib.

28 yaşlı hücumçu şəxsi “İnstagram” hesabında keçmiş klubunun loqosunun üzərində “2016/17 mövsümünün çempionu” sözü yazılan şəkil paylaşıb.

Xatırladaq ki, qışda "Qarabağ"dan Türkiyə Super Liqası təmsilçisi “Adanaspor”a keçən Reynaldo “Qarabağ”la ardıcıl 3 dəfə ölkə çempionu, 2 dəfə "qızıl dubl" sahibi olub. //Sport24.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR