""Tax free" sisteminin tətbiqi əla düşünülüb" - Brayza

""Tax free" sisteminin tətbiqi əla düşünülüb" - Brayza
17:42 17 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza Bakı Şopinq Festivalı ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, keçmiş səfir bildirib: "Bakıda Şopinq Festivalının keçirildiyini eşitmək çox xoşdur. Məncə, festival boyu "Tax Free" sisteminin tətbiqi turistlərin cəlb edilməsi üçün əla düşünülüb".

M.Brayza əmindir ki, xarici turistlərin Azərbaycana cəlb olunması baxımından festivalın önəmi böyükdür: "İrandan və bəzi Ərəb ölkələrindən Azərbaycana əvvəllər də turistlər az gəlmirdi. Bu festivalla isə Dubaydan fərqli yer axtaran bu ölkələrdən Azərbaycana gələn turist kontingenti artacaq. Ümumiyyətlə, başqa ölkələrdən də festivalla maraqlanıb, Azərbaycana gələn turistlərin sayı artacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/536022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR