4 tondan çox kartofda xəstəlik aşkarlandı

4 tondan çox kartofda xəstəlik aşkarlandı
17:44 17 Aprel 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

İrandan idxal edilən məhsullara fitosanitar nəzarət həyata keçirilərkən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  Bakı-Abşeron rayonlararası BKM-nin müfəttişləri tərəfindən 4500 kq kartofda karantin tətbiq edilən zərərli orqanizm olan kartof güvəsi (Phthorimaea operculella  Zell) aşkar edilib.

 

KTN-dən Lent.az-a verilən məlumata görə, adı çəkilən məhsul kartof güvəsinin təhlükəliliyi nəzərə alınmaqla və karantin tədbirləri sisteminə riayət etməklə Sumqayıt şəhər "Təmizlik Departamenti" MMC-nin poliqonunda məhv edilib.

 

Qeyd edək ki, kartof güvəsi kartof, badımcan, pomidor, bibər, tütün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilər.

Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır və daha çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR