Yasamalda yaşayış binası yandı - 10 nəfər təxliyə edildi

Yasamalda yaşayış binası yandı - 10 nəfər təxliyə edildi
17:53 17 Aprel 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv. m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə, 1 ədəd paltaryuyan maşın, soyuducunun üzlüyü qismən və 1 ədəd qapı yanıb.

Publika.az FNH-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR