Bakıya az qaldı - Bu dəfə Fettel qalib gəldi - FOTO

Bakıya az qaldı - Bu dəfə Fettel qalib gəldi - FOTO
17:57 17 Aprel 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Formula-1 üzrə dünya çempionatının 2017-ci il üzrə üçüncü yarışı olan Bəhreyn Qran-Prisində "Ferrari" komandasının pilotu Sebastyan Fettel qalib gəlib.

Milli.Az xəbər verir ki, üçüncü yarışda pilotlar "Sahir" avtodromunda 5412 metrlik trasda 57 dövrə vurublar.

Yarışda 1 saat 33 dəqiqə 53,374 saniyəlik nəticə göstərən Sebastyan Fettel bununla aktivinə əlavə 25 xal yazdırıb. Liderdən 0,06 saniyə geri qalan Luis Hamilton ("Mercedes") isə yarışı 18 xalla ikinci pillədə başa vurub. İlk üçlüyü liderdən 0,20 saniyə sonra finişə çatan Valtteri Bottas ("Mercedes", 15 xal) tamamlayıb.

Qeyd edək ki, pilotların yarış cədvəlinə 68 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 61 xalla ikinci, Valtteri Bottas isə 38 xalla üçüncü pillədədir. 

Konstruktorlar kubokunda isə "Ferrari" 102 xalla birinci, "Mercedes" 99 xalla ikinci, "Red Bull Racing" isə 47 xalla üçüncü pillədə qərarlaşıb.

2017-ci il üzrə çempionatın növbəti - dördüncü yarışı olan Rusiya Qran-Prisi aprelin 28-30-da Soçidə keçiriləcək.

Xatırladaq ki, Dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq.

Zəfər Tağı

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536023.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR