""Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir" - Səbinə

""Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir" - Səbinə
18:05 17 Aprel 2017
131 Şou
Ölkə mətbuatı
A- A+

"Onun haqda fikirlərim müsbətdir. Keyfiyyətli iş görən, sənətini gözəl şəkildə nümayiş etdirən ifaçıdır".

Milli.Az bildirir ki, bu sözləri big.az-a açıqlamasında müğənni Səbinə Babayeva söyləyib. O bu il ölkəmizi "Eurovision"da təmsil edəcək "Dijah" haqda danışıb:

"O, uşaqlıqdan oxuyur, təcrübəsi böyükdür. Düşünürəm ki, "Eurovision"da 3 dəqiqə oxumaq onun üçün heç nədir. Mahnısı da müsabiqənin formatına uyğundur. Uğurlar arzulayıram. "Eurovision" gözlənilməz müsabiqədir. Kimin neçənci olacağı bilinmir. Müsabiqə zamanı hər şey bilinəcək. Bizə də gözləmək düşür.

Sənətçi yenidən təklif gələrsə yenidən sözügedən müsabiqəyə qatılacağını bildirib:

"Əlbəttə, razılaşaram. Vətənimlə bağlı hər işdə varam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR