Cinsi istəyi artıran qidalar

Müasir elm orqanizmin seksuallığını artırmaq üçün tərkibində sink, selen, zülal və E vitamini olan qidaların əvəzsiz təsirini sübut edib.

Metbuat.az xəbər verir ki, bu zaman 13 qida məhsulu seçilsə, istəyinizə çata bilərsiniz.

İlk yerdə çiyələk gəlir. Bu giləmeyvənin tərkibində seksual hormon testosteronu qaldıran sink var. Gün ərzində 100-200 qr çiyələk yeməyiniz kifayətdir ki, seksuallıqda tayınız-bərabəriniz olmasın.

Аvokadonun da fitosteronla zəngin olması seksual aktivliyi artırır. Kalium və zülal tərkibinə görə isə avokado ət məhsullarından heç də geri qalmır.

Xurmanın faydası hələ Qədim Misirdə məlum idi. Bu meyvə qanın təmizlənməsinə və spermanın ifraz edilməsinə xidmət edir.

Balı təbii seksual enerji mənbəyi adlandırmaq olar. Hər gün 1 xörək qaşığı balı boş mədəyə qaynar çay və ya su ilə qəbul etməyiniz məsləhətdir.

Qoz və badam B və E vitamini ilə bol olduğundan seksual həvəsi artırnağa qadirdir. Qədim zamanlarda Hindistanda seksual həvəsi artırmaq üçün qovrulmuş küncütü bal ilə qatıb istifadə edirdilər.

Şokolad serotonin hormonunun ifrazına kömək edir, bu isə öz növbəsində seksuallığı artırır.

Zəncəfil qan dövranını yaxşılaşdırır. Kişilərdə potensiyanı qaldırır, qadınlarda kiçik çanağın qandövranını gücləndirir.

Zeytun yağının tərkibində E vitamini var, bu isə cinsi orqanların funksionallığına müsbət təsir göstərir. Kişilər gündə 2-3 xörək qaşıq zeytun yağını salata əlavə edib qəbul etsələr ereksiyaları bərpa olunar.

Yumurta A və B1 vitamini ilə zəngin olduğu üşün kişi orqanizmini proteinlə tam təmin edir.

Dəniz məhsulları yod və zülal ilə zəngindir. Seksual aktivlik üçün isə əsasən kürüdən istifadə olunur. Tərkibi fol turşusu və proteinlə bol olan kürü hamiləliyi planlaşdıran xanımlara çox faydalıdır.

Əti normasında qəbul etdikdə kişilərdə potensiya artır. Seksuallığı artıran ət məhsuallarına həmçinin toyuq, hinduşka, dovşan əti aiddir.

Bu qidalar partnyorlar arasındakı utanma hissini aradan qaldıraraq, cinsi istəyi artırır. Seksual fantaziyanı gücləndirərək, intim münasibətləri alovlandırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR