"Boavişta" Kamran Ağayevlə yollarını ayırdı - RƏSMİ

"Boavişta" Kamran Ağayevlə yollarını ayırdı - RƏSMİ
18:32 17 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.

Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.

"A Bola" nəşri yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.

Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR