Musiqi məktəbinin şagirdləri konsert verdi - FOTO

Musiqi məktəbinin şagirdləri konsert verdi - FOTO
18:57 17 Aprel 2017
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri "İPƏK YOLU" Kamera orkestrinin müşayiəti ilə konsert proqramı təqdim ediblər.

Milli.Az bildirir ki, məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və dünya bəstərkarlarının əsərləri ilə zəngin konsert keçirilib.

Konsertdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Uşaq Musiqi və İncəsənət məktəblərinin direktorları, musiqisevərlər və mediya nümayəndələri iştirak ediblər.

Sonda məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib, şagirdləri və müəllim heyətini ürəkdən təbrik edib, onlara musiqidə yeni-yeni uğurlar əldə etməyi arzu edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/536007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR