Sankt-Peterburqda terror aktının təşkilatçısı saxlanıldı

Sankt-Peterburqda terror aktının təşkilatçısı saxlanıldı
19:28 17 Aprel 2017
90 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva ətrafında yerləşən Odintsov rayonunda Sankt-Peterburq metrosunda terror aktının təşkilatçılarından biri saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimai əlaqələr mərkəzində bildiriblər.

Saxlanılan şəxs Mərkəzi Asiyadan gəlmə olan Abror Əzimovdur.

Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metrosunun “Sennaya Ploşad” və “Texnoloji institut-2” stansiyaları arasında partlayış törədilib. Nəticədə terrorçu da daxil olmaqla, 15 nəfər ölüb, təxminən 5- nəfər yaralanıb.

Bundan başqa, “Ploşad Vosstaniya” stansiyasında bomba tapılıb . Onun zərərsizləşdirmək mümkün olub.

İlkin məlumatlara görə, 22 yaşlı Qırğızıstan sakini Akbarjon Cəlilov terror aktının icraçısıdır. Müstəntiqlər hesab edirlər ki, o əvvəlcə " Ploşad Vosstaniya” stansiyasında bomba qoyub, daha sonra isə vaqonda özünü partladıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR