"100 milyon funtluq təklifi rədd etdim" - Məsut Özil

"100 milyon funtluq təklifi rədd etdim" -   Məsut Özil
19:37 17 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Məsut Özil keçən il Çindən gələn təklifi rədd etdiyini açıqlayıb.


Fanat.Az xəbər verir ki, türk əsilli alman futbolçu "Gunning for Greatness: My life" adlı avtobioqrafik kitabında maraqlı açıqlamalar verib və "Arsenal"la müqavilənin müddətini uzadacağına işarə vurub. 


28 yaşlı futbolçu keçən ilin yayında astronomik məbləğ qarşılığında Çinə getmək şansı yarandığını bildirib. 5 il üçün 100 milyon funt-sterlinq təklifi alan lakin bunu rədd edən Özil "Çılğın təklif idi. Xəyalıma gətirmədiyim rəqəmdi. Menecerim də məni arayıb bu təklifi qəbul etməyimi istədi. Ancaq rədd etdim" ifadələrini işlədib. 


Təklifi rədd etməsini cəmi 3 dəqiqənin içərisində gerçəkləşdirdiyini vurğulayan təcrübəli ulduz "Karyermın sonlarında deyiləm. Hələ də "Arsenal"la çempionluqlar qazanmaq istəyirəm. Nə qədər pul verirlərsə versinlər, Çində oynamaq istəmirəm" deyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quot100-milyon-funtluq-tklifi-rdd-etdimquot-t57680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR