Hacıqabulda 1000-ə yaxın cücə tələf oldu

Hacıqabulda 1000-ə yaxın cücə tələf oldu
20:05 17 Aprel 2017
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıqabuldakı fərdi təsərrüfatda 850 ədəd cücə tələf olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini Rövşən Xəlifəyevə məxsus fərdi təsərrüfatda 850 ədəd cücə tələf olub. Təsərrüfat sahibi yemdən şübhələnir. O, mağazadan aldığı yemi cücələrə verdikdən sonra onlar qırılıb. İki gün ərzində 850 cücənin öldüyünü söyləyən R. Xəlfiyev deyib ki, cücə yeminin vaxtı keçmiş ola bilər.

Hacıqabul baytarlıq idarəsindən bildirilib ki, cücələrdən və yemdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR