Həbsdəki qardaşına heroin gətirən bacı saxlanıldı

Həbsdəki qardaşına heroin gətirən bacı saxlanıldı
20:38 17 Aprel 2017
524 Ölkə
Ölkə mətbuatı
A- A+

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin və 3 saylı istintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxs Ağaverdiyev Maksud Eldar oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Bakı şəhər sakini Bayramova Lamiyə Eldar qızının üstünə və əşyalarına baxış keçirilən zaman gətirdiyi sovqatdakı əncir mürəbbəsinin içərisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 1.168 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR