"İspaniya və Almaniyadan fərqli olaraq..."

"İspaniya və Almaniyadan fərqli olaraq..."
22:12 17 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester City"nin baş məşqçisi Xosep Qvardiola əvvəl işlədiyi yerlərdən fərqli olaraq hazırki klubunda ciddi təzyiqlə üzləşmədiyini bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəsis bunları deyib:

"İngiltərədə mənim üzərimdə təzyiq azdır. İspaniya və Almaniyada təzyiq oyunçular, məşqçilər, ümumilikdə hər kəsə qarşı yönəlir. Burda sakitçilikdir. Klub rəhbərliyinin dəstəyini hiss edirəm. Hər hansı oyunda məğlub olmaq ehtimalını düşünəndə üzərində təzyiq hiss edirsən. Çünki dərk edirsən ki, səni və komandanı tənqid edəcəklər. Futbolçuların ürəyi və beyninə müvafiq materialı yazmaq üçün vaxt tələb olunur. Bəzən jurnalistlər məşqçilərin qəniminə çevrilir. Amma bu hər yerdə olur. Baxın, Çempionlar Liqasında "Monaco"ya uduzub mübarizəni dayandırandan sonra "Liverpool", "Arsenal" və "Chelsea" ilə görüşlərdə qələbə üzünə həsrət qaldıq. Amma "Hull City" ilə oyunda azarkeşlər bizi dəstəklədi və qalib gəldik İtaliya və İspaniyada bu baş verməzdi. Belə şeyi birinci dəfədir ki, görürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/535969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR