Arıqladan ZƏNCƏFİLLİ İÇKİLƏR

Arıqladan ZƏNCƏFİLLİ İÇKİLƏR
22:27 17 Aprel 2017
819 Ölkə
Ölkə mətbuatı
A- A+

Zəncəfil maddələr mübadiləsini və qan dövranını sürətləndirmək xüsusiyyətləri ilə tanınır. Bu 2 xüsusiyyətə görə zəncəfil artıq çəkidən xilas olunmağa yaxşı kömək edir.

Milli.Az saglamolun.az-a istinadən arıqlamağa kömək edən zəncəfilli  içkilərin reseptlərini təqdim edir:

1. 2-3 sm uzunluqda olan təzə zəncəfil kökü sürtgəcdən keçirilir, 1 dilim limon, 3-4 nanə yarpağı əlavə olunur, üzərinə 200 qr isti su tökülür. 30 dəqiqədən sonra dəmləməni süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için.
2. 1 stəkan təzə qatığın içinə 1 çimdik üyüdülmüş zəncəfil tökün, qarışdırın. Axşam yatmazdan əvvəl bu qarışığı için.
3. Hərəsindən 1 çimdik üyüdülmüş zəncəfil, darçın və hil 1 stəkan isti suda dəmləyin və gündə 2 dəfə səhər və axşam yarım stəkan olmaqla için.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/535837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR