Sahibsiz it 35 yaşlı kişini dişləyib - FOTO

Sahibsiz it 35 yaşlı kişini dişləyib - FOTO
22:42 17 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada quduzluğa tutulması ehtimal olunan sahibsiz it 35 yaşlı kişini dişləyib.

Milli.Az bildirir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çobankol kənd sakini, 1982-ci il təvəllüdlü Sərxan Piri oğlu Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.
 
Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/536102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR