Sahibsiz it Zaqatala sakinini dişlədi - FOTO

Sahibsiz it Zaqatala sakinini dişlədi - FOTO
22:43 17 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada quduzluğa tutulması ehtimal olunan sahibsiz it 35 yaşlı kişini dişləyib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında rayonun Çobankol kənd sakini, 1982-ci il təvəllüdlü Sərxan Piri oğlu Mustafayev sol bilək nahiyəsinin it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub.

Sərxan Mustafayevə xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/195426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR