Azərbaycan millisi Bosniya və Herseqovina ilə bacarmadı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, Bosniya və Herseqovina yığması ilə qarşılaşan futbolçularımız 1:3 hesabı ilə məğlub olublar. Millinin yeganə qolunu Nigar Mirzəliyeva vurub.

Aprelin 19-da keçiriləcək növbəti oyunda Azərbaycan yığmasının rəqibi Monteneqro olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR