Bu ölkədə azarkeşlərə qarşı tədbirlər sərtləşdirilir

Bu ölkədə azarkeşlərə qarşı tədbirlər sərtləşdirilir
23:05 17 Aprel 2017
135 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya Prezidenti Vladimir Putin idman tədbirləri zamanı azarkeşlərin kobud qayda pozuntularına görə inzibati məsuliyyətinin artırılması barədə qanun imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idman yarışının keçirildiyi yerdə təhlükəsizlik qaydalarının pozulmasına, digər şəxslərə xəsarət yetirilməsinə və digər qanun pozuntularına görə azarkeş 900 dollaradək cərimə olunacaq.

Bundan başqa, bir neçə dəfə qayda pozuntusunu həyata keçirmiş şəxs 15 sutkayadək həbs cəzası və ya 7 ilədək idman tədbirlərinə qatılmaq qadağası ilə üzləşə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR