Həbs edilmiş azərbaycanlı nazirə yüksək vəzifə verildi

Həbs edilmiş azərbaycanlı nazirə yüksək vəzifə verildi
23:27 17 Aprel 2017
195 İdman
Ölkə mətbuatı
A- A+

Cinayət işinin başlanması ilə əlaqədar olaraq, vəzifəsindən uzaqlaşdırılan Ukrayna Dövlət fiskal xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının başçısı seçilib.


Bu gün Kiyevdə UCF-nin hesabat-seçki konfransında ölkənin 23 regionunun nümayəndəsi iştirak edib və baxılan məsələlərdən biri də qurumun yeni prezidentinin seçilməsi olub. “Nəsirovun namizədliyini 22 nümayəndə dəstəkləyib”, - məlumatda bildirilir.


Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən və xidməti mövqeyindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qrivna zərər yetirməkdə şübhəli bilir. Azərbaycan əsilli keçmiş nazir iri məbləğdə girov qoymaqla azadlığa çıxıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hbs-edilmi-azrbaycanl-nazir-yuksk-vzif-verildi-t57684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR