Şimali Koreya rəsmisi:

Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Ron ölkəsinin ABŞ-ın hərbi planlarına cavab verməyə qadir olduğunu bildirib.

Metbuat.az-ın məlumatına görə, Kim İn Ron ABŞ-ı potensial nüvə müharibəsinin əsas səbəbkarı qismində göstərib:

"ABŞ nüvə müharibəsinə gətirib çıxara biləcək dərəcədə təhlükəli vəziyyət yaradıb. Bu, dünya üçün ciddi təhlükədir.

KXDR ABŞ-ın istənilən hərbi planına cavab verməyə hazırdır. Həmçinin qeyd etmək istəyirəm ki, biz lazım hesab etdiyimiz nüvə sınaqlarını davam etdirəcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR