Su festivalı cəbhə bölgəsində - FOTOLAR

Su festivalı cəbhə bölgəsində - FOTOLAR
23:58 17 Aprel 2017
162 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 17-də Qarabağın gündən-günə gözəlləşən diyarında – cəbhə xəttində yerləşən Horadiz şəhərində davam edib.

Publika.az xəbər verir ki, aprelin 17-də axşam saatlarında Horadiz şəhərindəki Qəhrəmanlar parkında su festivalı keçirilib. Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Horadiz sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Füzuli rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən Füzuli mərhələsinə nəzər salınıb.

Sonra su qabını daşıyan füzulili idmançılar və Horadiz şəhər 3 nömrəli tam orta məktəbin şagirdi səhnəyə dəvət olunub. Horadiz sakinləri, eləcə də rayonun kənd və qəsəbələrindən gəlmiş füzulililər onları coşqu ilə alqışlayıblar.

Qəhrəmanlar parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Mirvari” rəqs qrupunun, yerli ifaçılar Könül Tağıyeva və Anar Məmmədovun çıxışları cəbhə bölgəsinin sakinlərində yüksək əhval-ruhiyyə yaradıb.

Su festivalında iştirak edən rayon sakini Hüseyn Əliyev “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Oyunlar Azərbaycanın dünyada artan nüfuzunun, sosial-iqtisadi inkişafının, ölkəmizdə hökm sürən əmin-amanlığın göstəricisidir. Əminəm ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə İslam ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək. Oyunlar dostluq, həmrəylik və birlik bayramına çevriləcək”.

Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Gəncə şəhəri olacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR