Cənub bölgəsində arılar arasında xəstəlik: arıların 40 faizi tələf oldu

Cənub bölgəsində arılar arasında xəstəlik: arıların 40 faizi tələf oldu
00:34 18 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın cənub gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub.

 

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Astara sakini Üzün illərdir arıçılıqla məşğul olan Yaşar Ağayev bildirib  ki, bu il çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər.

 

Səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün  dərman preparatlarının keyfiyyətsiz olmasıdır.

 

Arıçılar cəmiyyətinin sədri Arif  Nəzirov bildirib ki, artıq müvafiq qurumlar  vəziyyətdən xəbərdardılar. Lakin vaxtında bu problemə baxılmasa yenidən kütləvi qırılma halları müşahidə oluna bilər. Fermerlər bu il balın qiymətinin yüksək olacağını deyirlər. Çünki arı ailələrinin qırıldığı halda məhsulda bir qədər az olacaq, buda balın qiymətinə təsirsiz ötüşməyəcək. Ötən il balın bir kq 15 manata satılırdısa, bu il 20-25 manata satılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR