ABŞ-ın Leonardtaun şəhərində (Merilend ştatı) hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər xəsarət alıb.
APA-nın məlumatına görə, bu barədə “Fox News” telekanalı xəbər verib.
Göyərtəsində 3 nəfərin olduğu helikopter qolf meydançasına düşüb. Ekipaj üzvlərindən biri xəstəxanaya yerləşdirilib, digər 2 nəfərin xəsarət almadığı bildirilir.
Qəzanın səbəbləri barədə məlumat verilmir.