Toni Adams futbolçu karyerasını bərpa edir?

Toni Adams futbolçu karyerasını bərpa edir?
02:49 18 Aprel 2017
298 Digər
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda İspaniyanın “Qranada” klubunu çalışdıran Toni Adams komandasının növbəti məğlubiyyətindən sonra zarafatından geri qalmayıb.

 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, İngiltərə futbolunun canlı əfsanəsi “Qranada”dakı oyunçu çatışmazlığına belə münasibət bildirib:

 

“Hazırkı vəziyyətimizi başa düşürəm. Hücumda ciddi problemimiz var. Belə getsə, yenidən butsılarımı geyməli olacağam” (gülür).

 

Qeyd edək ki, Adams futbolçu karyerasını 2002-ci ildə bitirib. Hazırda 50 yaşlı mütəxəssisin sərəncamında olan futbolçulardan yalnız 9-u “Qranada”ya məxsusdur. Digər oyunçuların hamısı komandada icarə əsasında çıxış edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR