Akif Əlizadə dissertasiyaları müzakirə etdi

Akif Əlizadə dissertasiyaları müzakirə etdi
03:48 18 Aprel 2017
279 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA-nın iki bölməsi üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, müzakirələr bu gün AMEA prezidenti, akademik Akif Əlizadənin doktorantlarla görüşündə baş tutub.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi və Kimya Elmləri Bölməsinin doktorantları ilə görüşdə Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Sonda dissertasiya mövzuları təsdiq edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/195430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR