İŞİD “Əl-Qaidə"yə müttəfiqlik təklif etdi

04:39 18 Aprel 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması “Əl-Qaidə” təşkilatına müttəfiqlik təklif edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İraqın vitse-prezidenti İyad Ələvi bəyan edib.

 

Onun sözlərinə görə, bu barədə İraq və digər ölkələrdən məlumatlar daxil olmaqdadır.

 

“İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi və “Əl-Qaidə”-nin rəhbəri Ayman az-Zəvahirini təmsil edənlər arasında müzakirə və dialoq mövcuddur”, deyə İ.Ələvi bildirib.

 

Bununla belə, vitse-prezident terrorçu təşkilatları arasında mümkün müttəfiqliyinin detallarını açıqlamayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR