İnternet üçün peyk buraxıldı

İnternet üçün peyk buraxıldı
07:37 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çində nəqliyyat vasitələrində yüksəksürətli internetin təmini üçün "SJ-1" ailəsinə aid ilk müasir telekommunikasiya peyki buraxılıb.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, Yerətrafı orbitə buraxılan peyk Çin əhalisinin, o cümlədən nəqliyyat sərnişinlərinin simsiz yüksəksürətli internetlə təmini məqsədilə mövcud geostasionar orbitdə on beş il müddətində dövr edəcək.  

Qeyd olunur ki, Çin Kosmik Elmlər və Sənaye Birliyi orbitə bütün dünyada genişzolaqlı internetdən istifadənin təmininə imkan verəcək 156 kiçik peyk buraxmağı planlaşdırmasını bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR