Viber-də yenilik var

Viber-də yenilik var
07:52 18 Aprel 2017
144 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Viber" şirkəti elan verənlər üçün audiostikerlər istifadəyə verib. Bu haqda "VeVby" agentliyi məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Viber" şirkətinin audiostikerləri sayəsində elan verənlər qısa reklam çarxları göstərmək imkanına yiyələniblər. Bu yenilik elan verənlərə, şübhəsiz, fayda gətirəcək, çünki onlar öz məhsullarını yalnız mətn şəklində deyil, həm də çarx şəklində reklam edəcəklər. Belə yenilik "Viber"in masaüstü versiyasında əlçatan olacaq.

Qeyd edək ki, 2014-cü ildə Yaponiyanın "Rakuter" şirkəti "Viber" messencerini satın alaraq ona 900 milyon dollar sərmayə yatırıb. Birinci ildə "Viber" messenceri "Rakuter" şirkətinə 1,5 milyon dollar gəlir qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR