“Apple” şəkərli diabetə qarşı cihazlar yaradacaq

“Apple” şəkərli diabetə qarşı cihazlar yaradacaq
08:12 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Apple" öz yaradıcısı Stiv Cobsun çoxdankı arzusunu yerinə yetirərək şəkərli diabetlə mübarizə üçün innovativ cihazlar yaradacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hazırda gizli layihənin reallaşdırılması ilə məşğul olacaq biomediklərin seçimi aparılır. Yeni əməkdaşlar Kaliforniya ştatındakı Palo-Alto yaxınlığında yerləşən laboratoriyada çalışacaqlar.
 
Hələlik ideya "xammal" şəklində mövcuddur və müəlliflər boyunlarına götürdükləri işin nə dərəcədə real olduğuna dair sınaqlar keçirirlər.
 
Yayılan məlumatlara əsasən gələcəkdə çox güman ki, "Watch"da quraşdırılacaq ötürücülər dəri vasitəsilə orqanizmə işıq şüaları göndərəcək və bununla da qandakı qlükozanın səviyyəsini ölçəcək.
 
"Apple" nümayəndələri hər hansı şərh verməkdən imtina ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR