İT şirkətlərinin gəlirləri 40% artıb

İT şirkətlərinin gəlirləri 40% artıb
08:27 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Smartfon sahibləri daha çox ödənişli mobil əlavələr yükləməyə başlayıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, faiz nisbətində bu rəqəm 2016-cı ildə 15% təşkil edib. Müvafiq olaraq, ötən il İT şirkətlərinin gəlirləri 40% artıb.
 
Bu sahədə təhlili "NewZoo" şirkəti aparıb. Bu sahədə dünya üzrə gəlirlərin üçdə biri Çinin payına düşür və bu rəqəm 12 milyard dollar təşkil edir. Çin sakinləri daha çox iOS platformasında olan telefonlar üçün mobil əlavələr alırlar. Bu rəqəm 5 milyard dollar təşkil edir. "Android" istifadəçiləri isə bu məqsədlə 7 milyard dollar sərf ediblər.
 
Çində adi istifadəçilər bir ay ərzində 40 proqram əlavəsindən istifadə edir. Bu rəqəm dünya üzrə orta göstəricidən bir qədər çoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR