Bu axşam Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olur

Bu axşam Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olur
08:48 18 Aprel 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Madriddə turnirin son qalibi olan “kral klubu” “Bavariya”nı qəbul edəcək. Rəqibini Almaniyada keçirilən ilk dueldə 2:1 hesabı ilə məğlub edən ispanlar yarımfinala daha yaxındırlar. Lakin almanlar hazırda yaxşı formadadır və “Real”ı mübarizədən kənarlaşdırmaq gücündədir.

“Bavariya”nın heyətində Mats Hummels zədəli, Xavi Martinez cəzalıdır. Zədələrini sağaldan Manuel Noyer və Robert Levandovskinin oynamaq ehtimalı böyükdür. “Real”da isə Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən meydana çıxa bilməyəcək.

Ötən mövsümün finalçısı olan digər İspaniya təmsilçisi “Atletiko” da yarımfinala yüksəlməyə daha şanslıdır. “Lester”i Madriddə baş tutan ilk qarşılaşmada bir cavabsız qolla üstələyən paytaxt klubu İngiltərədə daha çox qapısını toxunulmaz saxlamaq barədə düşünəcək.

İngiltərə Premyer Liqasının son qalibinin heyətində Ues Morqan, Molla Vaqe və Nampali Mendi zədəli, Robert Hut cəzalıdır. “Atletiko”da isə Auqusto Fernandes ilə Şime Vrsalko zədədən əziyyət çəkir.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

18 aprel

22:45 “Real Madrid” (İspaniya) - “Bavariya” (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun – 2:1

22:45 “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/195458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR