Bankların yeni bəlası - KİBERHÜCUM

Bankların yeni bəlası - KİBERHÜCUM
08:52 18 Aprel 2017
Ölkə mətbuatı
A- A+

"Kaspersky Lab" şirkətinin araşdırmasının nəticələrinə əsasən kibertəhlükəsizlik üzrə bankların orta illik büdcəsi 58 milyon dollara bərabərdir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, qeyri-maliyyə təşkilatlarının müvafiq büdcəsindən 3 dəfə çoxdur. Əksər hallarda bu xərclər özünü doğruldur: bank nümayəndələri digər şirkətlərə nisbətən kibercinayətlərə daha az məruz qaldıqlarını bildiriblər. Respondentlərin 64%-i bildirib ki, təhlükəsizliyin daha da gücləndirilməsinə sərmayə yatıracaqlar.
 
Kibermüdafiəyə yatırılan investisiyaların artımının əsas səbəbləri onunla bağlıdır ki, son bir neçə ildə maliyyə sektoru üçün təhdidlər durmadan artır. Belə ki, bankların 70%-i ötən il kiberfırıldaq nəticəsində zərər çəkib. Ən çox narahatlıq mobil bankçılıqla əlaqəli risklərdir. Respondentlərin 42%-i hesab edir ki, növbəti üç il ərzində kibermüdafiədən müştərilərin böyük hissəsi istifadə edəcək, lakin kibersavadlılığın səviyyəsi aşağı olaraq qalacaq. Bu hal mobil cihazlar vasitəsilə oğurluq hadisələrinin sayının artmasına gətirə bilər.
 
Banklar üçün digər aktual təhlükələr arasında fişinq dayanır. 2016-cı ildə 46% şirkətlərin müştəriləri bu təhlükə ilə qarşılaşıb. Daha bir yüksək risk sahəsi bankomatlardır. Ötən il bankomatlar üçün zərərli proqram təminatının həcmi 2015-ci illə müqayisədə 20% artıb, bununla belə, hücumlar bankların yalnız 19%-ni narahat edir.
 
İstifadəçilərin ehtiyatsızlığı və hücumların sayının artması bankları təhlükəsizlik sahəsində prioritetləri dəyişməyə məcbur edir. Araşdırmada iştirak edən respondentlərin 61%-i tətbiqlərin və saytların müdafiəsinin təhlükəsizliyini yaxşılaşdırmağı əsas prioritetlərindən biri hesab edir. İkinci yerdə (52%) daha etibarlı avtorizasiya sistemlərinin tətbiqi göstərilir.
 
"Daim dəyişən kiberhücumlara qarşı mübarizə banklar üçün bir nömrəli vəzifəyə çevrilir. Bütün zəif tərəfləri bağlamaq və maliyyə sektorunun təhlükəsizliyini təmin etmək üçün sözügedən sektorun nümayəndələri bəzi vacib şərtlərə riayət etməlidir. Bu gün yalnız texniki təhlükəsizlik həllərindən yararlanmaq kifayət etmir. Eyni zamanda, ola biləcək hücumlardan informasiya toplamaq, əvvəlki hücumlara əsasən araşdırma aparmaq, kibertəhlükəsizliyin əsasları haqqında personalı məlumatlandırmaq gərəklidir", - deyə "Kaspersky Lab" şirkətinin "Kaspersky Fraud Prevention" bölməsinin rəhbəri Aleksandr Yermakoviç bildirib.
 
"Kaspersky Fraud Prevention" - "Kaspersky Lab"ın maliyyə fırıldaqçılığın qarşısını almaq üçün bir həlldir. O, sadəcə fırıldağın nəticələrinin aradan qaldırılmasına deyil, həm də şirkətlər üçün qabaqcadan hücumu aradan qaldırmaq imkanı yaradır. Platforma fəal oğurlama cəhdlərini blok edir, bununla təhlükəni hücumdan əvvəl aradan qaldırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/535628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR