31 yaşlı kişi bıçaqlandı - Şəmkirdə

31 yaşlı kişi bıçaqlandı - Şəmkirdə
09:14 18 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gədəbəy rayon Böyük Qaramurad kənd sakini, 1986-cı il təvəllüdlü Cəfərov Ayaz Mübariz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

A. Cəfərovun deməsinə görə, o, gecə saatlarında tanımadığı şəxs tərəfindən Şəmkirdə kirayə qaldığı evin həyətində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR