Rusiya nüvə silahını işə salır – VİDEO

Rusiya nüvə silahını işə salır – VİDEO
09:28 18 Aprel 2017
161 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Russian Helicopters” şirkəti həm hava, həm də dəniz hərbi əməliyyatlarında istifadə olunan əfsanəvi “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlayır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Russian Helicopters” şirkəti açıqlama yayıb.

Açıqlamada deyilir ki, yaxın vaxtlarda “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlanılacaq. Yeni “Mi-14” döyüş vertolyotları 800 metr dərinlikdə üzən sualtı atom gəmilərini belə görmək imkanına malik olacaq.

Qeyd edək ki, “Mi-14” döyüş vertolyotları düşmənin sualtı atom gəmilərini “5F48” tipi nüvə bombası ilə vurmaq imkanına malikdir. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə “Mi-14” vertolyotlarının yerinə “Ka-27” model helikopterlər istehsal edilməyə başlayıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR