Con Terri mövsümün sonunda klubu tərk edəcək

Con Terri mövsümün sonunda klubu tərk edəcək
09:32 18 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Con Terri cari mövsümün sonunda komandanı tərk edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

"Con Terri və "Çelsi" futbol klubu birlikdə bəyan edir ki, bizim kapitan mövsümün sonunda komandanı tərk edəcək", - deyə məlumatda bildirilir.

Terri komandanın rənglərini 1998-ci ildən təmsil edir. O, "londonlular"ın heyətində 16 müxtəlif titula yiyələnib: 4 İngiltərə çempionluğu, 5 İngiltərə Kuboku, 3 Liqa Kuboku, 2 İngiltərə Superkuboku, Çempionlar Liqası və Avropa Liqası.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/536137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR