Gədəbəy sakini Şəmkirdə bıçaqlandı

Gədəbəy sakini Şəmkirdə bıçaqlandı
09:42 18 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gədəbəy rayon Böyük Qaramurad kənd sakini, 1986-cı il təvəllüdlü Cəfərov Ayaz Mübariz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
A.Cəfərovun deməsinə görə, o, gecə saatlarında tanımadığı şəxs tərəfindən Şəmkirdə kirayə qaldığı evin həyətində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR