"AND" verilişinin operatoru dünyasını dəyişdi - FOTO

"AND" verilişinin operatoru dünyasını dəyişdi - FOTO
10:12 18 Aprel 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış operator, mayor Mahir Nəsibov dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə criminal.az saytını "AND" verilişinin aparıcısı Rahib Qərib məlumat verib. Onun sözlərinə görə, istedadlı operator ötən gün qəflətən keçinib.

R.Qərib bildirib ki, M.Nəsibov 1994-də AzTV-də Müdafiə Nazirliyinin studiyasına operator kimi gəlib kiçik leytenant rütbəsində xidmətə başlamışdı: ''Sonra studiyanın hazırlayıb AzTV-də efirə verdiyi "AND" proqramının rejissoru oldu. Çox istedadlı insan idi. 2016-da Müdafiə Nazirliyinin studiyasından mayor rütbəsində təqaüdə çıxmışdı. Qarabağ savaşından, Ordumuzun salnaməsindən, qəhrəmanların həyatından bəhs edən neçə maraqlı verilişin, sənədli filmin rejissoru, operatoru olub. 17 ilə yaxın bir yerdə çalışdıq onunla. Mən 7 il əvvəl pensiya çıxdım o isə orda xidmət edib yaxınlarda tərxis olunmuşdu''.

Allah rəhmət eləsin!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/536172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR