NATO Rusiya sərhədinə 1200 hərbçi topladı

NATO Rusiya sərhədinə 1200 hərbçi topladı
10:13 18 Aprel 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

NATO Rusiya sərhədində yerləşən Şərqi Avropa ölkələrində “Yaz qalxanı” adlı hərbi təlimlərə başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hərbi təlimlər aprelin 30-dək davam edəcək.

Təlimlərdə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, İngiltərə, Lüksemburq, Bolqarıstan, Ruminiya, Slovakiya, Almaniya və İsveç ordularına aid 1200 nəfər hərbçi iştirak edir.

Rəsmi Moskva Rusiyanın Qərb sərhədlərində keçirilən hərbi təlimlərin ona qarşı olduğunu bəyan edib.

Kreml NATO-nun addımının Rusiyanı təhdid etdiyini bildirib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/195470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR