DİM-dən ikinci qəbul imtahanında iştirak edənlərə müraciət

DİM-dən ikinci qəbul imtahanında iştirak edənlərə müraciət
10:19 18 Aprel 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi  ikinci qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərə müraciət edib.

 

DİM-dən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

 

Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməlidirlər. Bidlirək ki, ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə göstərilən tarixlərdə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR