Geori Haci yenidən "Qalatasaray"da - Bu dəfə...

Geori Haci yenidən "Qalatasaray"da -   Bu dəfə...
10:47 18 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın keçmiş futbolçusu və baş məşqçisi Georgi Haci ilə yolları yenidən kəsişir. Fanat.Az xəbər verir ki, rumın mütəxəssis İstanbul klubu uşaq futbolu sahəsində əməkdaşlıq edəcək.


Yeni layihədə Hacinin Rumıniyadakı futbol məktəbi "Qalatasaray"ın nəznində fəaliyyət göstərəcək. Türkiyədə oynamaq şansı qazanmayan "sarı-qırmızılı" futbolçular rumın əfsanənin sahibi olduğu "Viitorul" klubunda forma geyinərək təcrübə qazanacaq.


Haci həmçinin "Qalatasaray"ın transfer siyasətində də birbaşa iştirak edərək kluba öz xeyirini verməyə çalışacaq.


"Qalatasaray" rəhbərliyi Seneqal və Xorvatiyada da eyni layihəni həyata keçirmək niyyətindədi. Bu məqsədlə yerli klublarla danışıqlar başlayıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-geori-haci-yenidn-quotqalatasarayquotda-t57691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR