Tramp miqrantların işini əlindən alacaq

ABŞ prezidenti Donald Tramp tezliklə “Amerikan malları al, amerikalıları işə götür” adlı qanuna imza atacaq.

Mətbuat.az xəbər verir ki, qanun ölkə daxili istehsalı artırmağa və ölkəyə xaricdən gələn işçi qüvvəsini mümkün qədər minimallaşdırmağa yönəlib. Bu məqsədlə yerli işçilərin əmək haqqlarının artırılması da nəzərdə tutulur.

Qanuna nəzarəti isə ABŞ Milli Təhlükəsizlik Agentliyi həyata keçirəcək. Sənədə “N-1 V” tipli vizaların verilməsi haqda bənd də əlavə ediləcək. Bu tip vizalar xüsusi çəkiyə malik təbəqə üçün nəzərdə tutulub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR