Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"

Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir"
11:37 18 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".

O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:

"Ona görə də mən məsələ qoydum ki, Minsk qrupunun həmsədrlərindən biri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin. Biz həm də ATƏT-in Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda münaqişənin nizamlanmasını müzakirə edəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/536195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR